Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 19 Noyabr 2019 09:30
Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Mülki Prosessual Məcəlləsində, Əmək Məcəlləsində, o cümlədən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında", "Məktəbəqədər təhsil haqqında" və digər qanunlara əlavə və dəyişikliklər ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 21 məsələ daxildir.