Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Slavçev "Qarabağ"dan ayrıla bilər - Bolqarıstandan təklif

Slavçev

Tarix: 19 Noyabr 2019 10:20

"Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev karyerasını ölkəsində davam etdirə bilər.

Qol.az-ın  Bolqarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, yerli "Levski" klubu 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Sofiya təmsilçisi milliyə çağırıldığı üçün Bolqarıstana gedən S.Slavçevlə danışıq aparıb. "Levski"nin "Qarabağ"ın futbolçusuna sərfəli təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.

 


Etiketlər:  Slavçev Qarabağdan ayrıla bilər Bolqarıstandan təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ