Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elşəndən Zaura: Niyə başqa verilişə çıxmaqdan qorxursan?

Elşəndən Zaura: Niyə başqa verilişə çıxmaqdan qorxursan?

Tarix: 31 Mart 2024 13:20

Aktyor Elşən Orucov "Zaurla günaydın" verilişində aparıcı Zaur Baxşəliyevə iradını bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Elşən Orucov Zaur Baxşəliyevə "Fəlidən doğru xəbər" verilişinə gəlmək üçün söz vermişdin, amma gəlməmişdin. Niyə başqa verilişdə iştirak etməkdən qorxursan" sualı ilə müraciət edib.

Zaur Baxşəliyev Elşən Orucova "Mənim qorxacaq heç nəyim yoxdur ki, getməyim. Xəzər televiziyasında qonaq da olmuşam. Mən hər şeyə açıq adamam. Yeddi gün efirdəyəm, "yutub", "İnstaqram" və "TikTok" platforması üçün layihələr edirəm. Ona görə vaxt edə bilmirəm, yoruluram. Sənə o qədər sevgim, hörmətim var ki... Həm də mən hörmət etdiyim yerə gedirəm. Kimə daha çox hörmətim varsa, ora gedirəm. Sənə dediyim kimi şəxsəm hörmətim böyükdür. Mənim "Fəlakət"ə hörmətim yox idi(gülür). "Fəlidən doğru xəbər" verilişinə qonaq getməyə söz vermişdim, getməmişdim. İndi veriliş çək, gəlim iştirak edim", - deyə cavab verib.

Elşən Orucov isə artıq verilişin yayımlanmadığını vurğulayıb.

Milli.Az


Etiketlər:  Elşəndən Zaura Niyə başqa verilişə çıxmaqdan qorxursan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ