Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maksim Medvedev: “Çətin seçim qarşısındayam”

Maksim Medvedev: “Çətin seçim qarşısındayam”

Tarix: 1 Aprel 2024 15:20

"Vaxt yaxınlaşır, futbolda qalıb, biliklərimi yeni nəsilə ötürmək istərdim. Gənc futbolçularla ünsiyyət qururam, onlara doğru yolu göstərirəm, onları nələr gözləyir, stresdən necə çıxmalıyam".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.

Təcrübəli futbolçu gələcəyi ilə bağlı da danışıb. O bildirib ki, çətin seçim qarşısındadır: "Komandada qalmaq istərdim, amma nəyisə seçməliyəm, çünki karyeram bitdikdən sonra məşğul olmaq istədiyim çox sahələr var. Çoxları deyir ki, mən idman direktoru, məşqçi ola bilərəm və ya akademiyada işləyə bilərəm. Amma bu gün hansının daha yaxşı olduğunu dəqiq bilmirəm. Minimumdan maksimum yaradan məşqçi ilə işləyirəm və onun işini öz gözlərimlə görürəm. Bəlkə də məşqçilik kateqoriyam yoxdur, amma bilik baxımından özümü ilkin kateqoriyalara yaxın hiss edirəm".

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın şərəfini qoruyur.


Etiketlər:  Maksim Medvedev Çətin seçim qarşısındayam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ