Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail zərbə endirdi - İran diplomatları öldü

İsrail zərbə endirdi - İran diplomatları öldü

Tarix: 1 Aprel 2024 22:48

İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran səfirliyi və konsulluğunun yerləşdiyi Mezze məhəlləsini vurması nəticəsində azı 6 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, raketlərdən biri Livan və Fələstin təşkilatlarının nümayəndələri ilə görüşlər üçün istifadə edilən villaya düşüb. İran səfiri hadisə yerində olub, lakin xəsarət almayıb.

***

Raket hücumu nəticəsində bir neçə iranlı diplomat və hərbi müşavir ölüb. Onların adları daha sonra açıqlanacaq.

Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri məlumat verib.

Səfir vurğulayıb ki, zərbədən sonra dağıntılar təmizlənməyib:

"5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra elan ediləcək".

****

İsrail Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya düşüb.

Xəsarət alanlar barədə məlumat olmasa da, səfirliyin binasına ciddi ziyan dəydiyi bildirilib.

Milli.Az


Etiketlər:  İsrail zərbə endirdi İran diplomatları öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ