Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 08:12
Qazaxıstan vətəndaşları Rusiyada olduqları müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tələb olunan bütün lazımi sənədləri özləri ilə götürməlidirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiarova bildirib.
"Yaxşı olar ki, vətəndaşlarımızın bu və ya digər ölkədə olma məqsədini təsdiq edən sənədlər yanlarında olsun", - Smadiarova bildirib.
Onun sözlərinə görə, ərazisində irimiqyaslı terror aktı baş verən istənilən dövlət öz təhlükəsizliyini təmin etmək üçün avtomatik tədbirlər görür.
"Kiminsə saxlanılıb yoxlanılması xəbəri normadır", - XİN nümayəndəsi bildirib.