Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 09:22
Kollektiv Qərbin uzunmüddətli məqsədi Rusiyanı zəiflətməkdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i Faktı" nəşrinə müsahibəsində bildirib.
"Ölkəmizin iqtisadi və siyasi rəqib kimi zəifləməsi və sonra parçalanaraq dünyanın siyasi xəritəsindən çıxarılması Vaşinqtonun, Londonun və onların nəzarətində olan kollektiv Qərbin uzunmüddətli strateji hədəfləridir", - Patruşev bildirib.
Onun sözlərinə görə, ABŞ və Britaniya NATO ölkələrini özlərinə daha möhkəm bağlamaq üçün qəsdən rusofobiyanı şişirdirlər.