Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanıdı

Türkiyədə 200-dən çox narkotik ticarətçisi saxlanıdı

Tarix: 2 Aprel 2024 14:54

Türkiyənin 55 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə keçirilən Narkoçelik əməliyyatı çərçivəsində 250 narkotik ticarətçisi saxlanılıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib.

Bundan əlavə, əməliyyatlarda 615 briqada, 1 542 şəxsi heyət və 35 narkotik axtarış iti iştirak edib.

Milli.Az


Etiketlər:  Türkiyədə 200 dən çox narkotik ticarətçisi saxlanıdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ