Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2024 16:00
Macarıstanın Fundamental Hüquqlar Mərkəzi aprel ayında Budapeştdə keçiriləcək Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı (CPAC) üçün ABŞ Prezidenti Co Baydeni "persona non grata" elan edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərkəzin nümayəndələri "Facebook"da yazıblar.
"Macarıstanda CPAC qonaqları üçün əsas tələb səhnədə itməməkdir. Co Bayden minimum şərtləri yerinə yetirməyə hazır deyil", - deyə tədbir təşkilatçıları zarafatyana qeyd ediblər.
Onlar, həmçinin Baydenin şəklini qoyaraq, "persona non grata" sözlərini yazıblar.
Xatırladaq ki, martın 9-da Macarıstanın Baş naziri Viktor Orban Baydenin Ağ Ev rəhbəri postuna əsas rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb. Bundan sonra Macarıstan hökumətinin başçısı Trampın 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində qalib gəlməsinin bütün dünya üçün daha yaxşı olacağını bildirib.