Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyevdən qərar: Cəfərova vəzifəsindən azad edildi

Kiyevdən qərar: Cəfərova vəzifəsindən azad edildi

Tarix: 2 Aprel 2024 19:14

Tatar əsilli Əminə Cəfərova (Emine Djaparova) Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin nümayəndəsi Taras Melnıçuk məlumat verib.

Onun sözlərinə görə, hökumətin bu gün keçirilən iclasında kadr məsələlərinə baxılıb və Cəfərovanın vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul olunub.

Əminə Cəfərova hazırda Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsidir.

Xanım diplomatı bu vəzifəyə Prezident Vladimir Zelenski fevralın 22-də təyin edib. Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Milli.Az


Etiketlər:  Kiyevdən qərar Cəfərova vəzifəsindən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ