Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistinin vəziyyəti ağırlaşdı

Xalq artistinin vəziyyəti ağırlaşdı

Tarix: 4 Aprel 2024 16:15

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.

O, səhhəti ilə bağlı RTV-ə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib: 

"Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm". 

Qeyd edək ki, Naibə Allahverdiyeva Lent.az-a müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.

Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir:

"Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Xalq artistinin vəziyyəti ağırlaşdı


RƏYLƏR