Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Rusiya üçün AB hava məkanını bağlamağa çalışır

Ukrayna Rusiya üçün AB hava məkanını bağlamağa çalışır

Tarix: 6 Aprel 2024 06:16

Ukrayna Rusiya və Belarus təyyarələrinə AB məkanında hava tranzitinə qadağa tətbiq etməyi təklif edib. Təşəbbüsün məqsədi Rusiya biznes və turistlərinin Avropa Birliyi səmasından rahat istifadə etmələrinin qarşısını almaqdır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.

"AB səması Rusiya hərbi təyyarələri üçün bağlıdır, lakin biz tərəfdaşlarımızla Rusiyadan istənilən uçuşlar üçün tranzitin bağlanmasını müzakirə etmişik", - baş nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, belə bir addım Moskva üçün logistikada problemlər yaradaraq onu bahalaşdıracaq, həm də diskomforta səbəb olacaq:

"Biz belə sanksiyalarda israr edəcəyik. Əminəm ki, Litva, Estoniya və Latviyadan olan tərəfdaşlarımız bizim təklifimizi dəstəkləyəcəklər. Biz bununla bağlı Avropa Komissiyası ilə işləyəcəyik".


Etiketlər:  Ukrayna Rusiya üçün hava məkanını bağlamağa çalışır


RƏYLƏR