Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Seneqalın keçmiş baş naziri Fransada öldü

Seneqalın keçmiş baş naziri Fransada öldü

Tarix: 6 Aprel 2024 09:40

Seneqalın keçmiş baş naziri Məhəmməd Bun Abdallah Dion Fransada 65 yaşında xəstəlikdən dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Seneqalın Xəbər Agentliyi məlumat yayıb.

Dion martın 24-dəki seçkilərdə Seneqal prezidentliyinə 19 namizəddən biri olub. Seçki kampaniyası zamanı səhhətində problemlər yaranan siyasətçi müalicə üçün Fransaya gedib.

O, 2014-cü ilin iyulundan 2019-cu ilin mayına qədər hökumətə rəhbərlik edib.

Milli.Az


Etiketlər:  Seneqalın keçmiş baş naziri Fransada öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ