Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 12:48
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Turnirinin ilk günündə 12 lisenziya sahibini tapıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, yunan-Roma güləşçilərinin mübarizəsində yalnız 10 komandanın üzvləri Paris-2024-ə vəsiqə qazanıblar.
Onlardan ikisi daha uğurlu olub. Neytral Fərdi Atletlər (AİN) və Türkiyə komandaları daha çox - hərəyə 2 lisenziyaya seviniblər.
Digər 8 yığma hərəyə bir vəsiqə ilə kifayətlənib. Bunlar Moldova, Ukrayna, Gürcüstan, Litva, Almaniya, Serbiya, Finlandiya və Fransadır.
Qeyd edək ki, 4 güləşçi ilə təmsil olunan Azərbaycan millisi də "klassiklər"in mübarizəsini lisenziyasız başa vurub.