Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barbi”yə oxşamaq üçün 43 plastik əməliyyat etdirdi - FOTOlar

Tarix: 6 Aprel 2024 15:26

Bağdadlı 30 yaşlı teleaparıcı və aktrisa Dalia Naim "İraqlı Barbi" kimi tanınır. O, qeyri-adi görünüşü sayəsində bütün dünyada məşhurlaşıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, bloqqerlik də edən Dalia mütəmadi olaraq dəyişimini nümayiş etdirdiyi İnstaqramda milyonlarla izləyici auditoriyası qazanıb.

Sosial media fenomeni gözəllik idealına mümkün qədər yaxınlaşmaq üçün 43 plastik əməliyyat keçirib. O, əsasən dodaqlarını dolğu ilə böyüdüb, döş implantları taxıb və burnunun formasını düzəltmək üçün rinoplastika əməliyyatı etdirib. 

İndi Dalia tez-tez Bağdadda müxtəlif tamaşalarda və yüksək reytinqli televiziya şoularında rol alır, həmişə tipik Barbi kuklası rolunu oynayır.

Bununla belə, abunəçilərin modelin dəyişimlərinə münasibəti də birmənalı deyil. Ruhlandırıcı rəylərlə yanaşı, tənqidi şərhlər də var. Nifrət edənlərin bəziləri qadını "şeytan Barbi" adlandırır. Dalianın xarici görünüşünü zombi ilə müqayisə edənlər, ona Allahdan hidayət arzulayırlar.

Bloqqer özü isə buna qətiyyən fikir vermir. İnstaqramda yayımlanan son videoların birində o, təriflər yağdıran vizajistinin yanında poza verir. Stilist ciddi-ciddi Daliaya:

"Sən çox gözəl görünürsən, əzizim, eynən Barbi kimi"-deyir.

Milli.Az


Etiketlər:  Barbiyə oxşamaq üçün 43 plastik əməliyyat etdirdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ