Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Tarix: 6 Aprel 2024 21:12

Roma imperatoru Neron Qay Yuli Sezarın nəslindən olan və Romanı idarə edən sonuncu hökmdar sayılır. 13 il 8 ay hakimiyyətdə olan Neron öz qəddarlığı, kütləvi edamları və ailə üzvlərini öldürmək barədə göstəriş verməsi ilə yadda qalıb. Bundan başqa, onun incəsənətə böyük marağı olub. Neron teatr səhnəsində aktyor kimi çıxış edib, amfiteatrlarda musiqi ifa edib.

Milli.Az lent.az-a istinadən Roma imperatoru Neron haqda maraqlı 10 faktı təqdim edir.

- Neron eramınızın 13 oktyabr 54-cü ilindən Qədim Roma imperatoru oldu, onun sayəsində Roma mədəni cəhətdən maariflənməyə başladı, tamaşaların keçirildiyi amfiteatrlar tikildi. Lakin onun qəddarlığı və tiranlığı inanılmaz həddə idi.

- İmperator Neron mütəmadi olaraq Olimpiya Oyunlarında iştirak edirdi və həmişə yarışları qazandığı üçün 1808 mükafata sahib idi, lakin çox vaxt qələbələr ədalətli olmurdu, yəni məsələn, araba yarışlarında, bütün iştirakçılarda 4 at var idisə, Neronda onların sayı 10 idi.

- Eramızın 64-cü ilində Romada imperator Neronun dövründə Romada ən böyük və 5 gün, 5 gecə davam edən dəhşətli və nəhəng yanğın baş verdi. Hadisənin əsl səbəbləri haqqında məlumat olmasa da, əsas versiya Neronun özü üçün yeni bir saray tikintisi məqsədilə ətraf əraziləri təmizləmək və bunun üçün yanğını qəsdən törətmək göstərişi verməsidir. Rəvayətə görə, yanğını öz sarayından izləyən imperator arfa alətində musiqi ifa edərək yanğın fonunda mahnılar oxuyub. Yanğında Neron xristianları günahlandırdı və Romada onların kütləvi təqibinə göstəriş verdi.

- İmperator Neron Apostol Pyotru xristian dinini təbliğ etdiyi üçün sirk binasında öldürüb.

- İmperator Neron anası Aqrippinanın gəmidə öldürülməsini əmr edir, lakin o, gəmi qəzasında ölmür və imperatorun muzdlusu tərəfindən sahilə çıxandan sonra qılıncla öldürüldü. Onun son sözləri belə bir oğul dünyaya gətirdiyi üçün onun qarnını kəsmək xahişləri oldu.

- İmperator Neron həyat yoldaşından ayrılmaq haqda qərar verərək, birinci arvadı Oktaviyanı xəyanətdə günahlandıraraq edam etdi. O, ümumilikdə 3 dəfə ailə həyatı qurub.

- İmperator Neron ziyafət zamanı qardaşını zəhərlədi ki, anası ona imperator titulu verməsin.

- İmperator Neronun mentoru və müəllimi Seneka 70 yaşında öldü. O, Neronun əmri ilə intihar edib.

- İntim həyatına gəlincə, tarixçi Tasit imperatorun bir neçə gün davam edən kütləvi orgiya səhnələşdirdiyini yazır.

- Neron hərbi çevriliş zaman taxtını itirdi. O, yeni hökmdarın əlinə keçməmək üçün intihar etdi. Onun son sözləri "Nə böyük sənətkar ölür!" sözləri olub.

Milli.Az


Etiketlər:  Anasını qardaşını öldürən QƏDDAR HÖKMDAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ