Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ayın ən təmiz otağı”na ayaqqabı ilə girdilər - FOTOlar

“Ayın ən təmiz otağı”na ayaqqabı ilə girdilər - FOTOlar

Tarix: 8 Aprel 2024 17:00

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sosial şəbəkə hesabında paylaşılan post müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin feysbuk səhifəsində paylaşılan post ADAU-nun tələbə evlərində "Ayın ən təmiz otağı" layihəsinə həsr olunub.

Belə ki, "Ayın ən təmiz otağı"na ADAU THİK-in təyin etdiyi komissiya üzvlərinin ayaqqabı ilə daxil olması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Əksəriyyət otaqlara ayaqqabı ilə daxil olmağın düzgün olmadığını, bəziləri isə baxıl geyinilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.

Milli.Az


Etiketlər:  Ayın ən təmiz otağına ayaqqabı ilə girdilər FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ