Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 09:00
Bir qrup alim 204 ölkəni əhatə edən və son 30 ildə müxtəlif xəstəliklərdən ölüm hallarını qiymətləndirən uzunmüddətli tədqiqatın nəticələrini elan edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, araşdırma "The Lancet" jurnalında dərc olunub.
Alimlər qeyd ediblər ki, pandemiyanın nəticələri səbəbindən dünyada orta ömür uzunluğu azalıb. Amma indi bu rəqəm artır.
2019-cu ilə qədər olan məlumatlara görə, ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir:
Koronar ürək xəstəliyi
İnsult
KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi)
Tənəffüs yollarının infeksiyaları
Neonatal problemlər (həyatın ilk ayında ölüm)
Alzheimer xəstəlik
Ağciyər xərçəngi
Diabet
Böyrək xəstəliyi
Bağırsaq infeksiyaları
COVID-19 pandemiyasından sonra bu siyahı tərtib olunub. Reytinqdə qocalmaya xas olan xəstəliklər də yüksəlir. Məsələn, Alzheimer xəstəliyinin hələ də effektiv müalicəsi yoxdur, bu da faciəvi nəticələrə gətirib çıxarır.