Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 14:44
Azərbaycanda ilin ilk rübündə 44 min 200 nəfər işlə təmin edilib, 683 şəxs kiçik ailə təsərrüfatı yaradıb.
Bu barədə Sonxeber.net-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, agentlik tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bununla bərabər, 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.