Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"30 il çuval kimi o tərəf-bu tərəfə atıldıq" - Paşinyan

Tarix: 11 Aprel 2024 20:40

ATƏT-in Minsk Qrupu rəhbərləri 2014-cü ildən münaqişədədir, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

"İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, amma bu ATƏT-in Minsk Qrupu Ermənistan Respublikası ilə bağlı legitim geosiyasi rəqabət deyildisə, nə idi? Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-nin, Rusiyanın, eləcə də Minsk qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib bunu edəcəklər. Onların elədikləri elə budur. 

Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: bu o deməkdir ki, siz geosiyasət subyekti deyilsiniz, amma nə bilim, sizi zorla torbaya salıblar. 30 il çuval kimi atıldıq: əvvəl bir tərəfə, sonra digər tərəfə. Görmədinizmi ki, gəlib bura dedilər: bunu deyin, sonra gedib ATƏT-də başqa cür səs verdilər. Geosiyasi rəqabət deyilsə, bu nədir? Əksinə, biz "bircə dəqiqə, cənablar, ölkə var, hökumət var, xalq var deyərək" Ermənistanı bu rəqabətdən çıxarmaq istəyirik", - deyə Nikol Paşinyan bildirib.

Milli.Az


Etiketlər:  30 il çuval kimi o tərəf bu tərəfə atıldıq Paşinyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ