Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abdullahian: ABŞ bazalarına...

Abdullahian: ABŞ bazalarına...

Tarix: 14 Aprel 2024 17:02

İranın bölgədəki amerikalılara və ABŞ bazalarına hücum etmək niyyəti yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Biz amerikalılara və ya regiondakı ABŞ bazalarına hücum etmək fikrində deyilik, lakin region ölkələrində yerləşən ABŞ bazalarından bizə hücum edilərsə, onlara hücum etmək məcburiyyətində qalacağıq", - nazir bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Milli.Az


Etiketlər:  Abdullahian ABŞ bazalarına


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ