Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Boynum sınardı, bu sənətə gələndə“ – VİDEO

“Boynum sınardı, bu sənətə gələndə“ – VİDEO

Tarix: 15 Aprel 2024 12:10

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni hər zaman vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amma həmin sənət yoldaşlarım özləri çox gözəl bilirlər ki, mən onları nəzərdə tuturam. Aralarında xanım da var, kişi də". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star" verilişinə müsahibəsində deyib. 

"İlk maşınımı Mətanət İsgəndərli alıb, evimi isə..." - VİDEO
Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? - Özü açıqladı
Namiq Qaraçuxurluya verilən pullar diqqət çəkdi - VİDEO 

 

Sənətçi bildirib ki, məşhurluq həm özünə, həm də ailəsinə bədbəxtlik gətirib: 

"Allah mən Mətanəti bir daha bu dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Məşhur olmaqdan bu dünyada bədbəxt bir şey yoxdur. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Mənim kimi bir insana necə şər, böhtan atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir. Başıma bu cür faciə gəldi (oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı boşanmasını nəzərdə tutur - red.), onlar isə bunu öz reytinqinə görə istifadə etdilər.

Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, gəlməyəydim... Kaş, məşhur olmazdım.

Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Onlara əl atdılar. Gəlib hiylə ilə evimə girdilər. Mən də saf və təmiz insan, hamıya inanmışam. Yaşadıqlarımdan sonra bütün insanlara qarşı inamım itdi. Allahdan başqa heç kimə inanmıram. Mən məşhur olmayan insanlara həsəd aparıram. Deyirəm ki, boynum sınardı, bu sənətə gələndə. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Bu əziyyəti ən çox mən çəkirəm. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm". 


Etiketlər:  Boynum sınardı sənətə gələndə VİDEO


RƏYLƏR