Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Musiqi Körpüsü” adlı konsert keçirildi - VİDEO - FOTO

“Musiqi Körpüsü” adlı konsert keçirildi - VİDEO - FOTO

Tarix: 15 Aprel 2024 17:48

12 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Musiqi Körpüsü" (ABŞ - Azərbaycan) adlı konsert keçirilib.

Öncəliklə  Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq "Musiqi Körpüsü" layihəsi haqda tamaşaçılara ətraflı məlumat verib.

Daha sonra tanınmış dirijor Fərhad Xudiyevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilərin qarşısında zəngin proqramla çıxış edib.

Proqramda G.Chadwick "Simfonik eskizlər"dən "Jubilee", Q.Qarayev "İldırımlı yollarla" baletindən 2 saylı Süita, A.Copland "Rodeo" baletindən "Hoe - Down" və P.İ.Çaykovskinin "Romeo və Cülyetta" uvertyura - fantaziyası səslənib.

Qeyd etmək istəyirik ki, istedadlı azərbaycanlı dirijor Farhad Xudiyev 1985-ci ildə Türkmənistanda anadan olmuşdur. İlk təhsilini Aşqabadda violin, piano va bəstəkarlıq üzrə almışdır. 10 yaşından Türkmənistanın milli violin ifaçıları ansamblında çıxış etmişdir. 12 yaşında Rusiyada keçirilən "Yeni adlar" festivalında ilk azərbaycanlı ifaçı kimi ölkəmizi təmsil etmişdir. Fransa, Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan və Türkmənistanda  çıxışları maraqla qarşılanmışdır. 2001-ci ildən ABŞ-a köçür, violin və bəstəkarlıq ixtisası üzrə əvvəl İnterlochen İncəsənət Akademiyasında, sonra isə Oberlin Konservatoriyasında bakalavr, dirijorluq ixtisasına yiyələnmək üçün Yel Universitetində magistr pilləsi üzrə təhsil alır. ABŞ, Almaniya,Danimarka,Tayvanda beynəlxalq müsabiqələrib qalibi olmuşdur. ABŞ-da beynəlxalq kamera musiqi festivalında qızıl medala, Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsindəmükafata layiq görülmüşdür. Sietl, San Diyeqo, Nyu York, Nyu Cersi, Manhetten, Frankfurt, London, Çin, Tayvan, Danimarka simfonik orkestrlərinə dirijorluq

etmişdir. Kaliforniyada Monterey Hidden Valley simfonik orkestrinin bədiu rəhbəri olmuşdur. Onu podiumdaki sehrbaz adlandırır, onun çıxışlarını "görünməyən dünya ila əlaqə" kimi şərh edirlər.

F.Xudiyev ABŞ-ın ən yaxşı 5 dirijorundan biri kimi seçilmişdir. Hazırda Texas Universiteti simfonik orkestrinin musiqi direktorudur.

Milli.Az


Etiketlər:  Musiqi Körpüsü adlı konsert keçirildi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ