Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 21:20
Tacikistan hökuməti aprelin 20-dən Türkiyə vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, qərar "qarşılıqlılıq prinsipinin həyata keçirilməsi məqsədilə" verilib.
Qeyd edək ki, daha əvvəl Türkiyə adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiqi barədə qərar qəbul etmişdi.