Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ və Çin müdafiə nazirləri telefonla danışdı

ABŞ və Çin müdafiə nazirləri telefonla danışdı

Tarix: 16 Aprel 2024 18:26

ABŞ və Çin müdafiə nazirləri arasında telefon danışığı baş tutub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon söhbəti bir saatdan artıq davam edib.

"DefenseNews" isə Pentaqonun yaydığı məlumata istinad edərək tərəflərin Ukraynadakı müharibəni, Şimali Koreya, Cənubi Çin dənizində vəziyyəti və ABŞ-ın Tayvana qarşı siyasəti müzakirə etdiyini yazıb.

Qeyd edək ki, bu, ABŞ müdafiə naziri Lloyd Ostinin Çin müdafiə naziri Donq Yun ilə ilk telefon danışığı olmaqla yanaşı 2022-ci ilin noyarbırndan bəri ABŞ müdafiə nazirinin çinli həmkarı ilə ilk telefon danışığıdır.


Etiketlər:  ABŞ Çin müdafiə nazirləri telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ