Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş nazir: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq

Baş nazir: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq

Tarix: 18 Aprel 2024 09:42

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmıqal BBC-yə müsahibəsində söyləyib.

Şmıqal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə (səsvermə aprelin 20-də baş tutacaq - red.) dair ehtiyatlı nikbinliyini bildirib.

"Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox", - Baş nazir vurğulayıb.

"Ukrayna uduzsa... Qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər", - Şmıqal əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.

Milli.Az


Etiketlər:  Baş nazir Rusiya qalib gələrsə Üçüncü Dünya müharibəsi başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ