Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilot öldü - Yenilənib - ANBAAN VİDEO - FOTO

Rusiyada hərbi təyyarə qəzaya uğradı - Pilot öldü - Yenilənib - ANBAAN VİDEO - FOTO

Tarix: 19 Aprel 2024 11:34

11:30

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzaya uğrayan Tu22M3-ün ekipaj üzvlərindən biri ölüb, iki ekipaj üzvü sağdır, xəstəxanada müalicələri davam etdirilir.

Məlumatı diyarın qubernatoru təsdiqləyib.

Hazırda 4-cü ekipaj üzvünün axtarışları davam edir.

----------

09:25


Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol vilayətində qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumatlara görə, təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb.

Hadisə nəticəsində ölən və yaralıların olmadığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotlar katapult əməliyyatını həyata keçiriblər, 3 ekipaj üzvü axtarış-xilasetmə qrupu tərəfindən təxliyyə edilib, hazırda daha bir pilotun axtarışı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb texniki nasazlıq olub

Onlar xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  Rusiyada hərbi təyyarə qəzaya uğradı Pilot öldü Yenilənib ANBAAN VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ