Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-mart aylarında İran vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

Yanvar-mart aylarında İran vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı

Tarix: 22 Aprel 2024 10:36

2024-cü ilin yanvar-mart aylarında İran vətəndaşları Türkiyədə 590 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 854 obyekt azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin mart ayında İran vətəndaşları Türkiyədə 472 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 290 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 0,1 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb.

"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır.

Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.

Milli.Az


Etiketlər:  Yanvar mart aylarında İran vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı açıqlandı


RƏYLƏR