Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atasından Nəzrinə: "Evin böyüyü kişidir" - VİDEO

Atasından Nəzrinə:

Tarix: 22 Aprel 2024 18:05

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyudur. 

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, M.Eyubovanın evindən qızının gəlingötürdü mərasiminin videosu yayılıb. 

Videoda xanəndənin həyat yoldaşı Xosrov Nəcəfovun qızına xeyir-dua verməsi əks olunub. 

"Sözə qulaq asasan, getidiyin evə ruzi aparasan. Sizin xoşbəxtliyiniz daimi olsun, mehriban olasınız. Birinizin sözü o birinin boğazından keçsin. Hamısını qızıma demişəm, güzəştə getməyi bacar. Evin böyüyü evin kişisidir. Mərdan da mənim balamdır. Şükür ki, düşündüyümüz kimi bir oğul sənə rast gəlib. Ömürboyu bir-birinizə məhəbbətiniz əskik olmasın. Hər zaman onun yaxınlarına, qohumlarına mehriban və hörmətli olasan. Sən nə qədər onlara hörmətli olsan, onlar da səni bir o qədər istəyəcək. Qızımı mən böyütmüşəm, necə olduğunu bilirəm" deyə, o bildirib.

Milli.Az


Etiketlər:  Atasından Nəzrinə Evin böyüyü kişidir VİDEO


RƏYLƏR