Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Kanalın rəhbəri dedi ki, səni aparıcılar sevmir, efir üçün maraqsızsan”

“Kanalın rəhbəri dedi ki, səni aparıcılar sevmir, efir üçün maraqsızsan”

Tarix: 23 Aprel 2024 01:00

"Azəri star" mahnı yarışması ilə ölkədə məşhurlaşan müğənni Pərvin Lətifov efirlərə nadir hallarda çıxmasının səbəbini açıqlayıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə sənətçi qonaq olduğu "Günaylı gün" verilişində danışıb. 

Pərvin bildirib ki, aparıcılardan biri onun üzünə maraqsız və reytinq verməyən ifaçı olduğunu deyib: 

"Televiziya rəhbərlərinin biri ilə təsadüf nəticəsində bir məclisə düşdüm. Xətrini istədiyim bir insandır. Həmkarlarımın adını çəkib ondan soruşdum ki, "Efirlərinizə onları niyə çağırmırsınız?" Cavab verdi ki, "Onlar o qədər də vacib insanlar deyillər. Sənin özünü də çağırmaq o qədər də arzulamırıq, çünki maraqlı deyilsən. Bizə reytinq lazımdır. Sən istəyirsən, gəl burada Povoritti və ya Kabolerlə otur, bizim üçün maraqlı deyil".

Həm də söylədi ki, "Aparıcılar səni xoşlamır". O bir neçə aparıcının adını da çəkdi. Sual verdim ki, "Niyə?" Cavabında söylədi ki, "Ona görə ki, sən danışandan sonra söhbətin arxası gəlmir. Verilişin formatı pozulur".

Onlara elə müğənnilər lazımdır ki, efirə çıxanda ağzına gələni danışsın və onun çıxışı sosial şəbəkələrdə müzakirə olunsun. Mənim həmin insanla indi də münasibətim yaxşıdır. Ona söylədim ki, "Həqiqəti mənə dediyinizə görə çox sağ olun". Mən onsuz da həqiqəti bilirdim. Həmin şəxs özünün rəhbərlik etdiyi qurumun (kanal - red.), verilişləri haqqında danışır". 

Milli.Az


Etiketlər:  Kanalın rəhbəri dedi ki səni aparıcılar sevmir efir üçün maraqsızsan


RƏYLƏR