Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 10:25
"Kim deyirsə "Manaf Ağayev hər gün toyda olur", inanmayın, yalan deyirlər, indi hər gün toy olmur".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi illər öncə olan toylardan danışaraq köks ötürüb:
"May ayı bir az zəyiflik olur, toy az olur. Qabaqlar yaxşı idi, indi o toylar yoxdur. Elə olub 30 gündə 30 toyda olmuşam, 32 toyda olmuşam. Səhər də toy oxumuşam, axşam da. 2000-ci illərdə elə idi. Onda oxuyan da az idi, indi gördüyünüz müğənnilər yox idilər".