Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu, Slovakiya ilə əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Bu, Slovakiya ilə əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Tarix: 7 May 2024 13:57

Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

"Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək", - deyə dövlətimizin başçısı bildirib.


Etiketlər:  Slovakiya ilə əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ