Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 21:36
Belarus Prezidenti Aleksandr Lukaşenkodan qeyri-strateji nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfil yoxlaması barədə əmr aldıq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus müdafiə naziri, general-leytenant Aleksandr Xrenin deyib.
O bildirib ki, "İsgəndər" əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır.
Xrenin əlavə edib ki, təftiş zamanı taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektri yoxlanılacaq.