Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda gənc aparıcı vəfat etdi - FOTO

Azərbaycanda gənc aparıcı vəfat etdi - FOTO

Tarix: 10 May 2024 19:34

4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.

Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda gənc aparıcı vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ