Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər

Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər

Tarix: 10 May 2024 19:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a səfər edə bilər.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib.

"Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb", - "Yeni Akit" qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb. Ərdoğanın ABŞ-a səfəri ilkin olaraq mayın əvvəlinə planlaşdırılmışdı, amma təxirə salındı.


Etiketlər:  Ərdoğanı tarixdə ABŞ gözləyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ