Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda illik inflyasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda illik inflyasiya ilə bağlı son vəziyyət açıqlandı

Tarix: 13 May 2024 12:24

2024-cü ilin aprel ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-qida məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102 faiz təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz təşkil edib. 2024-cü ilin aprel ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,3 faiz təşkil edib.

2024-cü ilin aprel ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil etmişdir. Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma zərgərlik məmulatlarının, sementin, kəsilmiş taxtanın qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib.


Etiketlər:  Azərbaycanda illik inflyasiya ilə bağlı vəziyyət açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ