Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 12:25
Əməkdar artist Elnarə Abdullayeva "Zarafat bir yana" verilişində qonaq olub.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi türk həmkarı Mabel Matizin repertuarında hitə çevrilən "Antidepresan" mahnısını ifa edib.
Elnarə bildirib ki, bu mahnını heç zaman eşitməyib. Abdullayeva qeyd edib ki, türklərin müsiqiləri "şur" muğam üstündə qurulub və onlarda "segah" yoxdur.
Əməkdar artist sözügedən nəğməni muğam boğazları ilə ifa edib. Elnarə Abdullayevanın ifası sosial şəbəkələrə yayılaraq müzakirə obyektinə çevrilib.