Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2024 20:00
Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında Gürcüstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq 149,4 milyon dollara çatdırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"2024-cü ilin aprel ayında Türkiyənin Gürcüstana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq, 39,7 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-aprel aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artıraraq 10,5 milyard dolları ötüb.
"2024-cü ilin aprel ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5 faiz artaraq, 2,5 milyard dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.