Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki ''Mercedes'' toqquşdu, ölənlər və yaralananlar var

Bakıda iki ''Mercedes'' toqquşdu, ölənlər və yaralananlar var

Tarix: 22 Noyabr 2019 09:44

Bakı. Samir Əli - Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişinlər - 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Paşa qızı və 1984-cü il təvəllüdlü Abbasov Surxay Uğurlu oğlu hadisə yerində ölüb, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda Mercedes toqquşdu ölənlər yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ