Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 20:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.
Sonxeber.net xəbər verir ki, dövlətimizin başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram".