Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 18:58
Ukrayna Prezidenti Volodimir Zelenski bəzi kateqoriyaya aid məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına səfərbər edilməsinə imkan verən qanunu imzalayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Ali Radanın saytında yerləşdirilib.
Məlumata görə, səfərbərliyə cəlb olunmaq istəyən məhbuslar məhkəmənin qərarı ilə ordu sıralarına qoşula bilər. Burada əsas tələb həmin məhbusların cəza müddətinin bitməsinə üç ildən çox qalmamasıdır. Bununla belə, qəsdən adam öldürmə, təcavüz, cinsi zorakılıq, milli təhlükəsizlik əsaslarına qarşı cinayət törədənlər bu imkandan istifadə edə bilməyəcək.
Xatırladaq ki, Ali Rada mayın 8-də sözügedən qanun layihəsini ikinci oxunuşda qəbul edib.