Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2024 15:00
Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzadan əvvəldir.
"Qadın cinsiyyət hormonlarının - estrogenlərin səviyyəsi nə qədər yüksək olarsa, prosedurların nəticələri daha aydın görünür və bunun effekti daha uzunmüddətli olur", - deyə kosmetoloq bildirib.
O qeyd edib ki, prosedur daha gec yaşlarda edilə bilər, lakin nəticə o qədər də nəzərə çarpan olmayacaq.