Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda 250-dən çox satanist həbs edilib - FOTO

İranda 250-dən çox satanist həbs edilib - FOTO

Tarix: 19 May 2024 08:56

İranda 250-dən çox satanist həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb.

Sözügedən qəsəbədə 146-sı kişi, 115-i qadın olmaqla 261 şeytanpərəst təriqət üzvü saxlanılıb.

Qeyd olunub ki, həbs olunduqları zaman onları soyundurublar, üzlərində, başlarında və geyimlərində satanizm işarələri olub. Şeytani simvollar, spirtli içkilər və psixoaktiv maddələr, eləcə də 73 avtomobil ələ keçirilib.

Milli.Az


Etiketlər:  İranda 250 dən çox satanist həbs edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ