Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda dəhşətli qəza - 18 nəfər ölüb

Hindistanda dəhşətli qəza - 18 nəfər ölüb

Tarix: 20 May 2024 19:16

Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar. Avtomobil yoldan çıxaraq dərəyə düşüb.

"On iki qadın və bir kişi yerindəcə ölüb. Daha 9 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Beş qadın xəstəxanada ölüb", - yerli polisin sözçüsü Abxişek Pallava jurnalistlərə bildirib.


Etiketlər:  Hindistanda dəhşətli qəza nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ