Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dilan və Engin haqda şikayətini geri götürdü

Dilan və Engin haqda şikayətini geri götürdü

Tarix: 21 May 2024 21:02

Türkiyəli sosial media fenomeni, müğənni Banu Parlak özünə məxsus gözəllik mərkəzinə silahlı hücumun təşkilində ittiham etdiyi, çirkli pulların yuyulmasına görə həbsdə olan fenomenlər Engin və Dilan Polata qarşı qaldırdığı iddianı geri götürüb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o bununla bağlı özünün "Instagram" hesabında paylaşım edib.

Müğənni paylaşımda Polat cütlüyünün ailəsi ilə görüşdüyünü və geri çəkildiyini bildirib.

"Yaşadığım dəhşətli hadisədən sonra köhnə dostum Dilan Polat və ailəsi ilə eyni zamanda çətin proseslərdən keçdiyimiz üçün görüşə bilməmişdik. Yaxın zamanda ailə mühitində bir araya gəldik və bir-birimizə yaşadığımız çətinliklərdən danışdıq. Nildanın (Dilanın qızı - red.) mənə dediyi "Banu abla, sənin vurulduğun gün anam çox ağladı" sözlərindən sonra bu iş mənim üçün bağlandı", - deyə Banu qeyd edib.

"Vəkilimin sayəsində, nəhayət ki, mənə vəziyyəti aydın şəkildə izah edəcək bir insan tapdım. Vəziyyəti ətraflı dinlədim. Dilan və ailəsinin belə bir addım atmayacağına əmin oldum və ona görə də ona qarşı şikayətdən imtina etdim. Ümid edirəm, ədalət öz yerini tapar. Onu da qeyd etmək istərdim ki, Dilan və Engin Polat, həmçinin Sezgin Polat mənim şikayətim səbəbindən bir gün belə həbsdə olmayıblar. Onların həbs edilməsinin səbəbi maliyyə məsələləridir", - deyə Parlak əlavə edib.

Xatırladaq ki, Banu Parlaka məxsus gözəllik mərkəzinə 1 oktyabr 2023-cü ildə motosikletdə olan iki nəfər tərəfindən silahla atəş açılıb. Parlak hadisə ilə bağlı hazırlanan ittiham aktı çərçivəsində Dilan və Engin Polat cütlüyünü də günahlandırıb.


Etiketlər:  Dilan Engin haqda şikayətini geri götürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ