Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vyetnam parlamenti yeni prezidenti seçdi

Vyetnam parlamenti yeni prezidenti seçdi

Tarix: 22 May 2024 09:28

Hakim Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsi (MK) Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri ordu generalı To Lam ölkə prezidenti seçilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın (birpalatalı parlament) aparatının rəhbəri Bui Van Kuonq bildirib.

Səsvermə 15-ci çağırış Milli Assambleyanın Hanoyda keçirilən yeddinci sessiyası çərçivəsində baş tutub.

Parlamentin nəzarət komissiyasına görə, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi haqqında qətnaməni iclasda iştirak edən Milli Assambleyanın 473 deputatından 472-si dəstəkləyib.

Milli.Az


Etiketlər:  Vyetnam parlamenti yeni prezidenti seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ