Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şvaygerin ürəyində problem yarandı: Əməliyyat olunacaq

Şvaygerin ürəyində problem yarandı: Əməliyyat olunacaq

Tarix: 22 May 2024 14:48

Almaniyalı aktyoru və rejissoru, 60 yaşlı Til Şvayger ürəyindən əməliyyat olunacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aktyorun ürəyinə stent taxılacaq.

Bunun səbəbi Şvaygerin siqaretdən uzun müddət istifadə etməsidir. Belə ki, siqaret çəkənlər çəkməyənlərə nisbətən stentə daha çox ehtiyac duyurlar.

Xatırladaq ki, ötən il həddindən artıq spirtli içki qəbulu ilə mübarizə aparmağa başlayan Şvayger üçün bu əməliyyat çox güman ki, onun sağlamlığına növbəti ciddi zərbə olacaq.

Bundan əlavə, bu, onun yeni serialda çəkilişlərinə də təsir edə bilər.

Milli.Az


Etiketlər:  Şvaygerin ürəyində problem yarandı Əməliyyat olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ