Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqası finalı “Beşiktaş”ın stadionunda olacaq

Avropa Liqası finalı “Beşiktaş”ın stadionunda olacaq

Tarix: 22 May 2024 16:42

Avrokubokların iki mövsümünün final oyunlarının keçiriləcəyi stadionlar bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.

2025/26 və 2026/27 mövsümlərinin həlledici görüşlərinin yeri dəqiqləşib.

Çempionlar Liqasının finalı öncə Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da təşkil olunacaq. Növbəti illə bağlı qərar sentyabrda veriləcək. Çünki UEFA "San Siro"dakı yenidənqurma işləri ilə bağlı yekun qərarı gözləməli olub.

Avropa Liqasının qalibi 2026-cı ildə Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş" stadionunda, növbəti il Almaniyanın Frankfurt şəhərində bəlli olacaq.

Konfrans Liqasının 2025/26 mövsümünün son matçı Almaniyadakı "Red Bull Leypsiq", növbəti ildə İstanbulda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının 2023/24 mövsümündəki finalları London, Dublin və Pireydə, 2024/25 mövsümündə isə Münhen, Bilbao və Vrotslavda baş tutacaq.

Milli.Az


Etiketlər:  Avropa Liqası finalı Beşiktaşın stadionunda olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ