Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ polisi Metyu Perrinin ölümü ilə bağlı onları axtarır

ABŞ polisi Metyu Perrinin ölümü ilə bağlı onları axtarır

Tarix: 22 May 2024 20:38

ABŞ polisi aktyor Metyu Perriyə (1969-2023) həyatında sonuncu dəfə qəbul etdiyi narkotik maddələri satan şəxsləri axtarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xüsusilə, hüquq-mühafizə orqanlarını dilerləri müəyyən etməyə kömək edə biləcək bəzi Hollivud ulduzları sorğulanıb. Dindirilən məşhurların adları çəkilməsə də, onların hamısının narkotikdən istifadə etdiyi və ya narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

Xatırladaq ki, Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib, onun 54 yaşı olub. Yarılma zamanı müəyyən edilib ki, aktyorun infarkt keçirməsinə narkotik vasitə olan ketamin səbəb olub.

Milli.Az


Etiketlər:  ABŞ polisi Metyu Perrinin ölümü ilə bağlı onları axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ