Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini həbs edildi - YENİLƏNİB

Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini həbs edildi - YENİLƏNİB

Tarix: 23 May 2024 12:18

12:16

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəsinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə 35-ci hərbi qarnizon məhkəməsi qərar çıxarıb.

Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, bu ilin aprel ayında Rusiya müdafiə nazirinin müavini Timur İvanov, daha sonra Nazirliyin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov, 58-ci ordunun keçmiş komandanı İvan Popov müxtəlif ittihamlarla həbs ediliblər.

-----------
10:59

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi vəzifəsini də daşıyan generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb.

Nəticələrə əsasən, Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.


Etiketlər:  Rusiya Baş Qərargah rəisinin müavini həbs edildi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ